Xidmətlər
Mexanika
Bütün mexaniki mühəndislik sistemləri normativ tələbləri, obyektin təyinatları, müştərinin tələbləri nəzərə alınmaqla hazırlanır. Xüsusi texniki-sistem həllərin seçilməsi qənaət və texnoloji cəhətdən həyata keçirilir, həmçinin enerji qənaət məqsədləri ilə müəyyən edilir.
"TENSO" şirkətinin binaların ömrünü optimallaşdırma həllinin həyata keçməsi məqsədi ilə vahid yanaşması artıq dizayn mərhələsində müasir mühəndis həllərin təklifini etmək imkan verir. Sistemlərin və avadanlıqların optimal birləşməsi, mühüm komponentlərin ehtiyatlaşdırılması və vahid avtomatlaşdırılmış idarəetmə sisteminin mövcudluğu mühəndislik infrastrukturunun bütövlükdə (xüsusilə mexaniki sistemlər) etibarlılığını artırmaq və enerji qənaətini təmin etmək üçün imkan yaradır.
1. Havalandırma sistemləri
2. Kondisioner sistemləri
3. Su təchizatı
4. Kanalizasiya
5. İstilik və soyutma sistemləri
6. Qızdırıcı radiatorlar
7. Yanğın söndürən su xətti
8. Su hazırlama (su təmizləyici) sistemləri
9. Su təmizləyici qurğuları
Elektrik sistemləri
"TENSO" şirkəti elektrik qurğusunun dizaynı və elektrikləşdirilməsi üçün tam xidmət göstərir. 1000V qədər bütün mürəkkəb elektrik quraşdırma işlərinin görülməsi. Layihələrin əlaqələndirilməsi və istifadəyə verilməsi, obyektin aparıcı istehsalçılın elektrik avadanlıqları ilə təhciz olunması. Texniki şərtlərə və parametrlərə görə elektrik enerjisini nəzərə alaraq 220/380 V quraşdırılması. Bina normativlərinə və standartlarına uyğun olaraq işlərin aparılması.
"TENSO" şirkəti yuxarıda göstərilən işlərin aparılması üçün zəruri sertifikatlara sahibdir. Elektrik mütəxəssisləri, quraşdırıcılar və istismara verən mühəndislərimiz hər bir obyektə fərdi yanaşma və müştərinin müəyyən etdiyi müddətə və keyfiyyətə işin yerinə yetirməsi üçün imkan yaradan geniş təcrübəyə malikdirlər. Zərurət yarandığı halda gecə-gündüz çalışırıq.
1.
Elektrik sistemləri üzrə peşəkar xidmətlər.
2.
Zəruri sertifikatların mövcudluğu
3.
15 ildən çox iş təcrübəsi
NÖC və Avtomatika
Müasir sənayeni elektron komponentlərdən və kompüter texnologiyasından istifadə etmədən təsəvvür etmək mümkn deyil. Faktiki olaraq bütün istehsal prosesləri kifayət qədər dəqiq, davamlı monitorinq və qiymətləndirmə tələb edir. Bundan əlavə, həmin qaydalara və parametrlərə dəqiqliyi ilə əməl etmək üçün istehsal proseslərinə daimi müdaxilə tələb olunur. Müasir istehsalat proseslərinin düzgün və kəsintisiz işləməsi üçün nəzrət ülçü ciharları və avtomatika elementlərindən istifadə edirlər.
NOC və A elementlərinin tibbdə və kənd təssərüfatında kifayət qədəristifadəsini geniş vüsət almışdır. Qida sənayesinin texnoloji proseslərində nəzarət ölçü texnikasız keçinmək mümkün deyildir. Son zamanlarda isə neft və ağır sənayedə. Məsələn: borularda və quyularda təzyiqi ölçmək üçün manometr adlı cihazdan istifadə olunur. Müxtəlif tipli temperatur və təzyiq cihazları, təmassız deversiv işəburaxıcılar böyük uğurla sənayedə tətbiq olunur. NOC və A sayesində neft və qaz hasilatı barəsində dəqiq məlumatları ala bilirik, get-gedə istehsalatda bizim xərclərimiz minimum, mənfəətimiz isə maksimum olur.
NOC və A cihazları bir necə onilliklər ərzində insan fəaliyyətində müşayyət olunur. Bu müddət arzində onlar bir çox təkmilləşdirmələrə məruz qalmışlar. Hal-hazirda NOC və A cihazları demər olar ki, avtomatlaşdırma komponentləri ilə bir yerdə istifadə olunur. Bu o deməkdir ki, bir neçə il bundan qabaq NOC və A vasitələri əsasən verilmiş müəyyən parametrləri ölçürdüsə, artıq bu vasitələr kənar müdaxilə funksiyalarına malikdir. Bu da nəinki parametrlərin dəqiq ölçülməsinə həmçinin onların dəyişilməsində tənzimləyici təsir göstərir.